VMF

20 ildən artıqdır ki, Azərbaycan bazarında dünya şöhrətli saat markalarını təmsil edən VMF, 2018-ci ildə öz saat markasını istehsal etdi. VMF saatlarının müəllifi ANS Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayevdir. Saatların ideya və dizayn həllərinin araşdırılması düz iki ildən artıq zaman aldı. Dünyaca məşhur saat mütəxəssislərinin dizaynlarının həm praktiki, həm də estetik baxımdan daha cəlbedici olması üçün bir sıra dəyişikliklər edildi. Uzun sürən araşdırmalar nəticədə yüksək mükəmməlliklə yekunlaşdı.

Vahid Mustafayev bu saatları uğur yolunda ilk addımlarını atan insanlara həsr edib. Adın bütün dillərdə rahat, səlist səslənməsi, yadda qalması, həmçinin saatın mexanizmi və siferblatı üzərində gözəl görünməsi üçün brendə VMF adı verilib.

VMF saatlarının istehsalında yüksək keyfiyyətli paslanmayan polad, əllə işlənmiş siferblat, təbii yolla aşılanmış dəridən hazırlanmış kəmər, sapfir kristal şüşə və Yaponiyanın tanınmış Seiko mexanizmləri istifadə olunub. VMF saatlarının təmiz dəridən hazırlanan kəmərlərinin arxa hissəsində “Azərbaycan saat markası” olması xüsusi olaraq həkk edilib.

VMF saatlarının yaradıcıları bu markanın yalnız Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da seviləcəyinə və tanınacağına əmindirlər. Saatlar yüksək keyfiyyəti və dizaynı ilə dünya şöhrətli markalardan geri qalmır. Lakin onlardan fərqli olaraq, VMF saatları qiymət seqmenti baxımından bütün təbəqələr üçün əlçatan olacaq.

VMF saatları Klassik, Ənənə, Miras, İdman və Şəhər saat ailələrindən ibarətdir. Bu ailələr özündə Muğam, Ulduz, Miras, İrs, Tor, Eleqant, İlmə, Mirvari, Bulvar, Azman və Balans kolleksiyalarını birləşdirir.

“Taxmaq istədiyimiz saatın uğur qazanmaq üçün hər zaman ehtiyaclarımıza, biznes və həyat tərzimizə uyğun olmasını istəyirdik! Və nəhayət, belə bir saat yaratdıq — VMF. Uğur saatınızı əldən buraxmayın!” — Vahid Mustafayev.

VMF cover