Azərbaycanda ilk dəqiq mexanizmlər istehsal edən VMF Saat Fabriki, saat sənayesində qazandığı təcrübə və etibara əsaslanaraq, hər zaman keyfiyyəti, dəqiqliyi və eleqant dizaynı ön planda tutan bir brend olaraq fəaliyyət göstərir. Məqsədimiz incə sənətkarlığı müasir innovasiyalarla birləşdirərək hər bir məhsulumuzda yüksək standartları qorumaqdır.
Bu dəyərləri saat aksessuarları dünyasına daşımaq məqsədilə yaratdığımız Toqqa brendi, VMF-in fəlsəfəsindən ilhamlanaraq fərqli zövq və tərzə malik insanlar üçün yeni imkanlar təqdim edir.
Toqqa — VMF Natural Frequencies-in yüksək keyfiyyət və incə sənətkarlıq prinsiplərinə sadiq qalaraq formalaşdırılmış aksessuar brendidir.
Toqqa kəmərləri premium keyfiyyəti, rahatlığı və eleqant görünüşü bir araya gətirir. Hər bir kəmər yüksək keyfiyyətli materiallardan, təbii dəridən və paslanmayan poladdan hazırlanmış bəndlərdən istehsal olunur, bununla da uzunömürlülük və davamlılıq təmin edilir.
İstər gündəlik tərzinizdə, istərsə də klassik kombinlərinizdə Toqqa aksessuarları hər bir saat üçün ideal və mükəmməl tamamlayıcı seçimdir.