VMF Elli

2021-ci ildə Azərbaycanın VMF Saat Fabriki, Yaponiyanın Citizen Saat Korporasiyasının mexanizmlərindən istifadə edərək yeni VMF ELLİ brendinin yaradılmasına başladı. Bu saat brendi yaş qruplarına uyğun hədəflənməsi ilə qısa zamanda dünya bazarında yüksək mövqelər əldə etdi. Belə ki, 3–5 yaş üçün PATRİOT, 5–7 yaş üçün BAYRAQ, 7–9 yaş üçün GİLAS, 9–12 yaş üçün SPORT12–15 yaş üçün JUNIOR kolleksiyaları 2022-ci ilin yayından etibarən balaca istifadəçilərin böyük rəğbətini qazanır.

Bütün saatlar uşaqlar üçün nəzərdə tutulan sertifikasiyalardan keçib və sağlamlıq üçün təhlükəsiz, hipoallergen materiallardan hazırlanıb. Paslanmayan polad və xüsusi plastikdən istehsal olunan VMF ELLİ modelləri zərbəyə davamlıdır, suya dözümlüdür və 2 il rəsmi zəmanətlə təqdim olunur.

Saatların dizaynı Azərbaycan, İsveçrə və Danimarka mütəxəssisləri tərəfindən hazırlanıb. Hər bir modelin dizaynı və funksional görünüşü bir il davam edən geniş uşaq davranışı və zövq tendensiyaları araşdırmalarının nəticəsi olaraq formalaşdırılıb.

VMF Elli cover