Bu yüksək möhkəmliyə malik, klassik dizaynlı saatlar OMEGA-nın zəngin dəniz irsinə ehtiram göstərir. OMEGA Seamaster Aqua Terra 150M kolleksiyasına xas, təsirli və dərhal tanınan siferblat dizaynı lüks yaxtaların “tik” örtüyünün teksturasını xatırladır.
Bu model boz rəngli, brendə məxsus “tik konsepsiyası” üslubunda işlənmiş siferblata malikdir. “Saat 3” mövqeyində ay və tarix göstəricisi yerləşir.
Orijinal siferblat cızılmaya davamlı safir şüşə ilə qorunur. 43 mm-lik paslanmayan poladdan hazırlanmış korpus qara dəri kəmər və zərif bezel ilə tamamlanıb.
Bu sertifikatlaşdırılmış xronometrdə OMEGA-nın koaksial mexanizmi – Calibre 8601 istifadə olunur, mexanizmin incəlikləri isə şəffaf arxa qapaq vasitəsilə aydın görünür.
Kolleksiya | SEAMASTER |
Kolleksiya model | AQUA TERRA |
Cins | Kişi |
Tərz | Klassik |
Kəmər? Qolbağ? | Kəmər |
Kəmərin/Qolbağın Rəngi | Qara |
Korpusun Forması | Dairəvi |
Korpusun Materialı | Paslanmaz Polad |
Korpusun Rəngi | Gümüşü |
Korpusun Ölçüsü | 43 mm |
Siferblatın Rəngi | Qara |
Mexanizm Növü | Avtomatik |
Şüşə Növü | Sapfir |
Su Keçirməzlik | 15 ATM |
Zəmanət (Ümumi) | 2 il |
İstehsal Ölkəsi | Isveçrə |