Ağ siferblatlı, retro üslubda hazırlanmış bu saat, hər detalında zamansız nostalji hissini daşıyır. Keçmişin estetik ruhunu müasir texnologiya ilə birləşdirən model, üslubu ilə fərqlənməyi sevən həm bəylər, həm də xanımlar üçün eksklüziv bir seçimdir.
Korpus və qolbağın mükəmməl ahəngi ilk toxunuşdan hiss olunur. Axıcı forması sayəsində saat bilək üzərində sanki su kimi hərəkət edir — nə geyimə ilişir, nə də biləkdə ağırlıq yaradır. Elə bil, saat yoxmuş kimi rahatlıq bəxş edir. Barmaqlarınızın ucu ilə bu unikal hamarlığı hiss etdikdə, dizaynda nə qədər incə düşünülmüş detallar olduğunu anlayırsınız.
Ayın tarixi və həftənin günü funksiyaları gündəlik istifadədə praktik rahatlıq yaradır. Qabarıq sapfir şüşə, yapon mexanizmi və 316L paslanmaz poladdan hazırlanmış korpus və qolbaq uzunömürlü keyfiyyətin göstəricisidir.
Bu model həm şəxsi istifadə, həm də dəyərli bir hədiyyə kimi ideal seçimdir. Zamanı hiss etmək istəyənlər üçün yaradılmış, biləkdə sənət kimi yaşayan bir saat.
| Коллекция | MİRAS |
| Модель коллекции | НАСЛЕДИЕ |
| Цвет (Общий) | Серебристый-желтое золото |
| Тип ремешка/браслета | Нержавеющая сталь |
| Тип | Qol saatı |
| Часы F | Индикатор даты |
| Пол | Unisex |
| Стиль | Классика |
| Ремешок? Браслет? | Браслет |
| Цвет ремешка/браслета | Серебристый-желтое золото |
| Форма корпуса | Подушкообразный |
| Материал корпуса | Paslanmaz Polad |
| Цвет корпуса | Серебристо-золотистый |
| Размер корпуса | 36 mm |
| Цвет циферблата | Белый |
| Тип механизма | Кварцевый |
| Тип стекла | Сапфир |
| Водонепроницаемость | 5 ATM |
| Гарантия (Общая) | 3 года |
| Страна производства | Азербайджан |