Necə online alış edə bilərəm?

Azərbaycanın ilk online saat satışı  olan  www.vmf.az  saytına xoş gəlmisiniz!

Online mağazamızdan istədiyiniz məhsulu çox asanlıqla ala bilərsiniz. Bunun üçün saytımızın ana səhifəsindən maraqlandığınıız məhsulu markaya, kateqoriyaya, xarakteristikaya və s. axtariş alətlərinə görə seçə bilərsiniz. Həmçinin, saytımızın köməkliyi ilə VMF Şirkətinin tətbiq etdiyi kampaniya, endirim və fürsətləri də operativ şəkildə təqib edə biləcəksiniz.

Saytımızda mövcud olan məhsul haqqında məlumatlar həmin məhsulun səhifəsində “Xüsusiyyətlər” bölməsində paylaşılmışdır. Əgər siz bəyəndiyiniz məhsulun hansı mağazada olduğuna baxmaq istəsəniz, o zaman “Hansı Mağazada” bölməsinə daxil olmalısınız.

Bütün məhsullarımıza vaxt itirmədən baxa biləcəyiniz yeganə ünvan isə  “VMF Online Mağazası”dır. 

 

Sizi 4 addımda Online alış-verişə dəvət edirik!

Addım 1- “Səbət”

Almaq istədiyiniz məhsulu səbətə əlavə etdikdən sonra, alış prosesini reallaşdırmaq üçün “Davam et” düyməsinin köməkliyi ilə növbəti mərhələyə keçirsiniz. Səbətə əlavə etdiyiniz məhsulun ödənişini etmək üçün qeydiyyatdan keçməlisiniz. Əgər öncədən qeydiyyatdan keçmisinizsə “Daxil ol” düyməsi ilə məlumatlarınızı yazaraq “Şəxsi səhifə”nizə daxil olacaqsınız.

Addım 2- “Çatdırılma ünvanı”

Çatdırılma iki şərt üzrə həyata keçirilə bilər. Sizin qeydiyyatdan keçərkən yazdığınız və ya “Fərqli bir ünvana göndər”mək qərarına gəlsəniz  yazacağınız digər ünvan. Bunun üçün seçiminizi edərək növbəti mərhələ üçün davam edirsiniz.

Addım 3 - “Çatdırılma üsulu”

Çatdırılma Bakı, SumqayıtXırdalan şəhərlərinə 3 tezlik üzrə-"Təcili"(1-2 gün)"Standart" (2-4 gün), "Növbəli" (4-6 gün), Azərbaycanın digər bütün regionları üzrə isə 2 tezlik üzrə-"Standart" (2-4 gün)"Növbəli" (4-7 gün) olmaqla təşkil edilmişdir. Nəzərinizə çatdıraq ki, sifarişin verildiyi tarix və zaman çatdırılma xidmətinin tezliyinin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynamaqdadır. 

Addım 4-“Ödəniş üsulu”  

İstənilən bankın plastik və ya kredit kartları ilə online ödəməni edə bilərsiniz.  Almaq istədiyiniz məhsulun və  çatdırılmanın ödəmə şərtlərinə yenidən göz keçirdikdən sonra “Ödə” düyməsi ilə ödəmə prosesini sonlandırırıq. Ödəmə tamamlandıqdan sonra sizinlə əlaqə saxlanılacaq, sifarişinizin hansı saatda çatdırılması ilə bağlı operatorlarımız tərəfindən əlavə məlumat alınacaqdır. Saytımızda ödəmə təsdiqləndiyi andan göstərdiyiniz ünvan və çatdırılma tezliyinə əsasən Sifarişiniz Sizə çatdırılacaqdır.

www.vmf.az saytından Sizə bol online alışlar arzu edirik!