VMF

Salonlarımızda təqdim olunan bütün saatlara istehsalçı firmanın beynəlxalq zəmanəti verilir. Satış tarixindən başlayaraq 2 il müddətində nəzərdə tutulmuş bu zəmanət yalnız saatın mexanizminə və suyadavamlılığına aid edilir.

 

Zəmanət, yalnız zəmanət talonu istehsalçı firmanın rəsmi dileri tərəfindən düzgün qaydada doldurulduğu halda etibarlıdır.

 

Müştəri zəmanət müddəti ərzində saatında meydana gəlmiş hər hansı qüsur və ya nasazlığı pulsuz olaraq təmir etdirmək hüququna malikdir. Zəmanətli təmir dünyanın hər hansı yerində olmasından asılı olmayaraq, istehsalçı firma tərəfindən avtorizə edilmiş istənilən servis mərkəzində həyata keçirilə bilər.